BŞTİ-nin müdiri direktorlara tapşırıq verdi (FOTO)


Digərləri 22 May 2019 10:55:00 201 0

BŞTİ-nin müdiri direktorlara tapşırıq verdi (FOTO)

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə keçirilən müşavirə başa çatıb.

Bakı. Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə keçirilən müşavirə başa çatıb. Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub. Müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və Nərimanov, Nizami, Səbail, Suraxanı, Sabunçu, Pirallahı rayonları ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. İdarə müdiri müşavirə iştirakçılarını salamlayaraq, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıb. R.Tağıyev ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verib. Həmçinin təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, pedaqoji əməkdaşlığın gücləndirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi və digər müvafiq məsələlərə də toxunub.