BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var (ÖZƏL)


Digərləri 22 May 2019 10:44:52 218 0

BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var (ÖZƏL)

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var.

Bakı. İlhamə İsabalayeva - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var. Bunu özəl olaraq Trend-ə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev deyib. Onun sözlərinə görə, qaçqın statuslu şəxslərin yarıdan çoxu – 636 nəfəri Əfqanıstan vətəndaşıdır. Qaçqınların ikinci böyük əksəriyyətini 388 nəfərlə Rusiya Federasiyasından olan çeçenlər təşkil edir. Azərbaycandakı qaçqınların 44-ü İran, 15-i Pakistan, 15-i Suriya, 1-i Türkiyə, 26-sı isə digər ölkələrin vətəndaşlarıdır.