Manchester United 19 yaşlı futbolçunu 105 milyona transfer etməyə hazırlaşır


İdman 22 May 2019 10:29:00 196 0

Manchester United 19 yaşlı futbolçunu 105 milyona transfer etməyə hazırlaşır

Manchester United Benfica-nın futbolçusu Joao Feliksi transfer etmək niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Manchester United-in 19 yaşlı hücumçu üçün 105 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilib.

Felikslə Manchester United-lə yanaşı, Atletico da yaxından maraqlanır. Madrid təmsilçisi Feliksi mövsümün sonunda komandadan ayrılacaq Antuan Qrizmannın yerinə əvəzləyici kimi düşünür.

Benfica ilə 2023-cü ilə qədər müqaviləsi olan Feliks, bu mövsüm 43 qarşılaşmada iştirak edərək, 20 qol vurub.