Chelsea Konteyə təzminat ödəməli olacaq


İdman 22 May 2019 09:53:00 246 0

Chelsea Konteyə təzminat ödəməli olacaq

Chelsea keçmiş baş məşqçisi Antonio Konte ilə olan məhkəməni uduzub.

Goal.az-ın məlumatına görə, italiyalı çalışdırıcı istefaya göndərilməsi ilə bağlı qarşı tərəfi məhkəməyə vermişdi.

Qərara görə London klubu Konteyə 9 milyon funt-sterlinq təzminat ödəyəcək. Komandanın qərardan apelyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, Chelsea 2003-cü ildən bəri müxtəlif məşqçilərə 90 milyon funt-sterlinq kompensasiya ödəyib.