Braziliyada kilsədəkilər atəşə tutuldu - 3 ölü


Digərləri 22 May 2019 09:55:12 217 0

Braziliyada kilsədəkilər atəşə tutuldu - 3 ölü

Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub.

Bakı. Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub. Trend-in məlumatına görə, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində kilsədə 3 nəfər ölüb. Məlumatda bildirilir ki, həmin şəxs bir müddət öncə evində nişanlısını güllələdikdən sonra kilsəyə gəlib. Atəş açan şəxsin 39 yaşlı Rudson Araqon Qimaraeş olduğu bildirilib. Onun Hava Qüvvələrinin keçmiş hərbçisi olduğu qeyd edilir.