Ekspert: İranın ticarətinin 70%-i qonşularla deyil (ÖZƏL)


Digərləri 22 May 2019 09:42:00 183 0

Ekspert: İranın ticarətinin 70%-i qonşularla deyil (ÖZƏL)

İran qonşu ölkələrlə ticarətini inkişaf etdirə bilər. Lakin hazırda İranın ticarət dövriyyəsinin 70%-i qonşu ölkələrlə deyil

Bakı. Elnur Bağışov - İran qonşu ölkələrlə ticarətini inkişaf etdirə bilər. Lakin hazırda İranın ticarət dövriyyəsinin 70%-i qonşu ölkələrlə deyil. Bunu iranlı ekspert Fərşid Baqirian Trend-ə özəl açıqlamasında deyib. F.Baqirianın sözlərinə görə, bu məsələ İranın bu sahədə zəifliyinin olduğunu göstərir. İqtisadçı əlavə edib ki, İranın qonşu ölkələrlə ticarətinin artmasında həll yollarından biri dəniz ticarətinin gücləndirilməsidir: "İranın Fars körfəzinin ətrafındakı ölkələrlə ticarəti çox aşağı səviyyədədir. Çünki dəniz ticarəti sahəsində bir sıra təhlükəsizlik addımları atılmalıdır. Fars körfəzinə təhlükəsizlik aspektindən yanaşılır. Bu da dəniz ticarətinin inkişaf etməməsinə səbəb olub".