Tayvanda güclü zəlzələ olub


Dünya 22 May 2019 09:28:00 196 0

Tayvanda güclü zəlzələ olub

Tayvanın şimal-şərq sahillərində güclü zəlzələ olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, təkanların yerli vaxtla səhər 09:37-də 4,6 bal gücündə olduğu bildirilib.

Təxminən 25,7 kilometr dərinlikdə baş vermiş zəlzələnin episentrinin Xaulyan məntəqəsinin sahil zonaları olduğu qeyd edilib.

Təkanlar sahil xəttində olsa da, Nantou, Xualyan, İlan, eləcə də Tayçjun şəhərlərində hiss olunub.

Dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb.