"Microsoft" "Huawei" ilə əməkdaşlığı dayandıra bilər


Digərləri 22 May 2019 08:59:00 191 0

"Microsoft" "Huawei" ilə əməkdaşlığı dayandıra bilər

"Microsoft"şirkəti Çinin telekommunikasiya şirkəti "Huawei" ilə istehlakçı elektronika və b2b həlləri seqmentlərində əməkdaşlığı dayandıra bilər.

Son.az Trend-ə istinadən bildirir ki, mayın 20-də Amerika Korporasiyası "Huawei" ilə əməkdaşlığın dayandırılması barədə müxtəlif ölkələrdə, o cümlədən Rusiyadakı nümayəndəliklərinə məktublar göndərib.

Qeyd edilir ki, "Huawei" istehlakçı seqmentində noutbuklarda Microsoft-un Windows əməliyyat sistemindən, b2b-də Amerika korporasiyasının server və məlumatların saxlanılmasının həllərində softundan, eləcə də Huawei Cloud xidmətindən istifadə edir.