Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib


Digərləri 22 May 2019 08:50:54 167 0

Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Bakı. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.