Günay təkzib etdi


Şou-biznes 22 May 2019 08:36:00 237 0

Günay təkzib etdi

Azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini təkzib edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, model və sevgilisi bu haqda İnstaqram səhifəsində birgə məlumat yayıblar.

"Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik" deyə paylaşımda yazılıb. Qeyd edək ki, modelin sevgilisi Taha da xəbəri təsdiqləyib və sadəcə mübahisə etdiklərini bildirib.