Suriyada iki raket mərmisi partlayıb


Dünya 22 May 2019 08:12:00 193 0

Suriyada iki raket mərmisi partlayıb

Ölkənin şimalında yerləşən Hələb şəhərində iki raket mərmisi partlayıb.

Trend-in məlumatına görə, bunu öz "Tvitter" səhifəsində "Al Ekhbariya" telekanalı bildirib.

Məlumata əsasən, hər iki mərmi bu şəhərin istiqamətində atılıb.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Buraya bir neçə təcili tibbi avtomobillər də gəlib.