Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq


Digərləri 22 May 2019 07:52:00 221 0

Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalına başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Az-Granata" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

Onun sözlərinə görə, şirkət bir aydır ki, alkoqolsuz şərab istehsal edir: "Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Şərab "Rubai 0%" adı ilə istehsal edilərək satışa buraxılıb. Şərab əsasən ixrac üçün nəzərdə tutulub. Artıq bu məhsul Çexiyaya ixrac edilir. Yaxın günlərdə "Az-Qranata" həmin məhsulu Ukraynaya da ixrac edəcək. Şərabın bir-neçə ölkəyə ixrac edilməsi planlaşdırılır".

V.Mikayılov qeyd edib ki, alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.: