Tanınmış aktyor 19 il 6 aya qədər həbs oluna bilər


Digərləri 22 May 2019 07:18:00 247 0

Tanınmış aktyor 19 il 6 aya qədər həbs oluna bilər

Türkiyənin "Güldür Güldür" şousunun iştirakçısı, tanınmış aktyor Özgün Aydın 5 il 5 aydan 19 il 6 ayadək azadlıqdan məhrum edilə bilər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun dava baş verən yerə gələn polislərə qarşı müqavimət göstərməsi, eləcə də onları təhqir etməsi olub.

Ö. Aydının dostları - Tamer Yurtbaşı və Elif Çelikcan da polisləri təhqir etdiklərinə görə 1 il 5 ay 15 gündən 3 il 9 ayadək həbs oluna bilərlər.

Artıq sözügedən məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanları Anadolu 56-cı Asliye Cəza Məhkəməsinə müraciət edib. Məhkəmə cinayət işi ilə əlaqədar iclas günü təyin edib.