İran yeni hərbi birləşmənin anonsunu verdi


Dünya 21 May 2019 23:59:00 176 0

İran yeni hərbi birləşmənin anonsunu verdi

İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatların ölkəsinə qarşı apardığı "iqtisadi müharibə" ilə məşğul olmaq üçün genişləndirilmiş hərbi qurumlara ehtiyac olduğunu bildirib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, son bir ildə Tehranla Vaşinqtonun münasibətləri pisləşib. ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxdığını və sanksiyaların bərpa olunduğunu elan edib.

Birləşmiş Ştatlar Tehrandan "təhdidlər"in gəldiyini desə də, İran iddianı rədd edir.

Ruhani İraqla 1980-88-ci illər müharibəsini yada salıb, o zaman Ali Müharibə Şurası digər qurumlardan yan keçərək iqtisadiyyat və hərbi fəaliyyətlə bağlı qərarlar verirdi.

"Bizə indi belə qurumlar lazımdır", Ruhani mayın 20-də deyib.