Azərbaycan nefti ucuzlaşır


Digərləri 21 May 2019 23:40:00 210 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 75,53 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 75,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,05 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.