Tuğ qəsəbəsində silahsursat aşkar edilərək götürülüb


Digərləri 21 May 2019 23:21:00 233 0

Tuğ qəsəbəsində silahsursat aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Son.az-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, "Toz" markalı ov silahları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.