Redmi 7A smartfonu hazırlanır


Digərləri 21 May 2019 22:15:00 203 0

Redmi 7A smartfonu hazırlanır

Xiaomi şirkətinin Redmi brendi K20 flaqman seriyası və orta büdcəli Redmi Note 7S smartfonundan başqa həmçinin ultrabüdcəli Redmi 7A modeli üzərində də çalışır.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən smartfon barəsində məlumat Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilib. Bu barədə Indiashoppssaytına istinadən Gagadget saytı xəbər verib.

Agentliyin məlumatlar bazasında aşkar edilmiş fotolara əsasən demək olar ki, Redmi 7A modeli plastik materialdan hazırlanmış gövdəyə və 18:9 nisbətli genişformatlı ekrana sahib olacaq. Ekran üzərində çıxıntı hissə olmayacaq. Ön panelin yuxarı hissəsində danışıqlar üçün nəzərdə tutulmuş səsgücləndirici ilə ön kameranı, aşağı hissəsində isə Redmi yazısını görmək olar. Smartfonun arxa panelində bir ədəd kamera modulu ilə LEDişıqlandırma sistemi yerləşir.