Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi


Dünya 21 May 2019 22:08:00 248 0

Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi

Ukrayna prezidenti Vladimir Zelenski biznes ortağı Sergey Şefiri özünün birinci köməkçisi təyin edib. Bu barədə fərman bu gün prezidentin rəsmi saytında dərc edilib.

"Sergey Naxmanoviç Şefir Ukrayna prezidentinin birinci köməkçisi təyin edilsin",- deyə prezidentin fərmanında bildirilir.

Son.az oxu.az-a istinadən bildirir ki, Sergey Şefir  konsert təkilatçılığı ilə məşğul olan "Studii Kvartal 95" şirkətinin təsisçisi və Zelenski ailəsinin biznes ortağıdır. O biznes - konqlomerata daxil olan 10 şirkətə nəzarət edir. Şefir  müsahibələrindən biri zamanı qeyd edib ki, Zelenski prezident seçkiləri ərəfəsində öz biznes payını ona və qardaşı Borisə təhvil verib.