Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)


Digərləri 21 May 2019 20:50:17 198 0

Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib.

Bakı. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib. Şuradan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. "Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır", - deyən Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin məsələyə adekvat münasibətinin vacibliyini önə çəkib və rəhbərlik etdiyi qurumun təşkil etdiyi toplantının məqsədinə bu baxımdan aydınlıq gətirib.