Bibiheybətdə vurulan velosipedçinin kimliyi bilindi


Digərləri 21 May 2019 20:44:00 244 0

Bibiheybətdə vurulan velosipedçinin kimliyi bilindi

Ötən gün Bibiheybətdə vurulan velosipedçinin kimliyi məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, Səbael rayonu, Bibiheybət qəsəbəsində məscidin yaxınlığında minik avtomobili tərəfindən vurulan velosipedçi Bayıl qəsəbə sakini, 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğludur.

Kəllə-beyin travması alan R.Səlimov hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurduqdan sonra, sürücü özü yaralını xəstəxanaya aparıb.