Kor bağırsağın sirri çözüldü


Digərləri 21 May 2019 20:01:00 221 0

Kor bağırsağın sirri çözüldü

Keyz Qərb Universitetinin və "Klivlend Universitet Klinikası" Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, tədqiqatçılar Parkinson xəstəsi olan 62 milyon insanın xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, kor bağırsağın kəsilib çıxarılması proseduruna məruz qalan şəxslər arasında Parkinsona 3 dəfə çox rast gəlinib.

Alimlər kor bağırsağı kəsilmiş 488 min pasientə Parkinson xəstəliyi diaqnozu qoyublar. 4,7 min adam kor bağırsaq əməliyyatından sonra Parkinsona tutulduğunu deyib.

Tədqiqatçılar o qənaətə gəliblər ki, kor bağırsağı kəsilməyən şəxslərdə Parkinson xəstəliyinin əmələ gəlmə riski 0,29%-dir. Lakin kor bağırsağını kəsdirmiş şəxslərdə bu risk 0,92% artır.

Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət pozğunluğu ilə müşayiət olunan mərkəzi sinir sistemi xəstəliyidir. Bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.