Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra...


Kriminal 21 May 2019 19:54:00 219 0

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra...

Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Samir Səmədov Sabirabad rayonunda anadan olsa da, Bakı şəhəri, Yasamal rayonunda evlərdən birində kirayə yaşayıb.

Bacanağının qohumu ilə intim münasibət

Evli olan iki uşaq atası Samir Səmədov paytaxtda tikinti sahələrində fəhləlik edib. Gündəlik əldə etdiyi qazancla ailəsini dolandırıb.

İstintaq sənədlərinə görə, Samir Səmədov paytaxtın Səbail rayonunda yaşayan baldızının əri Sahib Vəliyevin yaxın qohumu Lamiyə Əliyeva ilə görüşüb. Lamiyə ilə tez-tez görüşən Samir Səmədov bir neçə dəfə onunla intim əlaqədə olub.

Gecə yarısı küçələrində tutdu

Samir Səmədovun Lamiyə ilə intim münasibətindən Sahib Vəliyev xəbər tutub. Baldızının əri olan və ailəli olan Samir Səmədovun onun qohumunu ala bilməyəcəyini bilən Sahib Vəliyevə bu intim münasibət xoş gəlməyib.

Bu səbəbdən Sahib Vəliyev 2017-ci il avqustun 25-də, gecə saat 03.00-da Samir Səmədovu yaşadıqları küçədə tutub. O, Samir Səmədovdan burada nə etməsini soruşub.

Mübahisə və 5 bıçaq zərbəsi

Həmin vaxt Samir Səmədov da niyyətini gizlətməyib. O, Sahib Vəliyevə Lamiyə ilə intim münasibətdə olmağa gəldiyini deyib.

Əvvəlcə Sahib Vəliyev ona qohum olduqlarını, belə hərəkətin düzgün olmadığını söyləyib. Amma Samir Səmədov ona kobud cavab qaytarıb.

Buna görə də qohunmların arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Səmədov üstündə gəzdiridiyi bıçaqla Sahib Vəliyevin qarın nahiyyəsinə 5 bıçaq zərbəsi vurub.