Everestin fatehi 24cü dəfə zirvəyə dırmaşdı


Digərləri 21 May 2019 18:59:00 201 0

Everestin fatehi 24cü dəfə zirvəyə dırmaşdı

Nepallı dağ turizminin rəhbəri Kami Rita dünyanın ən hündür zirvəsi sayılan Everest dağına 24-cü dəfə çıxaraq rekordunu yeniləyib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə Nepalın Mədəniyyət və Turizm nazirliyinin işçisi Mira Açharya məlumat verib. Məlumata əsasən, Rita bu gün bir qrup turistlə Everst Dağının zirvəsinə dırmaşıb. Bununla da o, öz rekordunu yeniləyib. Kami 15 may tarixində Everest dağının zirvəsinə çıxaraq ötən ilki rekordunu yeniləmişdi.

49 yaşlı Kami hava şəraiti əlverişli olduğu üçün 6 gün sonra ikinci dəfə zirvəyə qalxıb. Ritaya qədər rekord isə Furba Taşiyə məxsus olub. Furba 21 dəfə zirvəyə dırmaşdıqdan sonra təqaüdə çıxıb.