Ukraynada rusiyalı zabitin öldürülmə anı


Dünya 21 May 2019 18:19:00 211 0

Ukraynada rusiyalı zabitin öldürülmə anı

Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları Donbasda "Lun" ləqəbli, beşinci motoatıcı briqdanın tabor komandiri Yevgeni Şabanovu zərərsizləşdirib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki. əməliyyatın drondan çəkilmiş görüntüsü "Facebook"da "Повернись живим" (Sağ qayıt) adlı qrupda yayılıb.

"Rusiyalı ehtiyatda olan zabit, beş saylı motoatıcı briqadanın tabor komandiri olmuş Yevgeni Şabanovun zərərsizləşdirilməsi. Bəli, bu (öldürülmüş) həmvətənlərimizin qisası oldu. Çevik, qüsursuz və zərgər dəqiqliyi ilə", - deyə videonun şərhində yazılır.

Qeyd olunur ki, Y.Şabanovun zərərsizləşdirilməsi ukraynalı kəşfiyyatçı-dəniz piyadalarının qətlindən bir həftə sonraya təsadüf edir. İddiaya görə, bu "Ded" ləqəbli Deniz Kozma və "Brodyaqa" ləqəbli İvan Sakalın intiqamı olub.