Ağstafada qatar 11 yaşlı uşağı vurub öldürdü
Digərləri 21 May 2019 18:09:00 212 0
Ağstafada qatar məktəblini vuraraq öldürüb.
Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağstafa rayonunun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb.
Dəmiryolunu qarşı tərəfə keçmək istəyən Ağstafa rayon Böyük Kəsik kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elbrus İlham oğlunu qatar vurub. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az