Bakıda 4 yaşlı qızı kim oğurlayıb?


Kriminal 21 May 2019 17:39:00 216 0

Bakıda 4 yaşlı qızı kim oğurlayıb?

Bakıda 4 yaşlı qızı oğurlamaqda təqsirli bilinən Elxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 23-nə təyin olunub.

Qeyd edək ki, ötən il oktyabrın əvvəlində 4 yaşlı Maral Muxtarova Nizami rayonunda "8-ci kilometr" bazarında yoxa çıxıb. Valideynləri ilə birgə bazara gedən qız qəfildən itib.

İlkin məlumatda onun bazarda fəaliyyət göstərən arabaçılardan biri tərəfindən oğurlandığı iddia edilirdi. Bir gün sonra isə naməlum şəxs Maralı Mərdəkan qəsəbəsində polis bölməsinin həyətinə qoyaraq gedib.