Neymar İspaniyaya qayıda bilər


İdman 21 May 2019 17:34:00 319 0

Neymar İspaniyaya qayıda bilər

PSG-nin hücumçusu Neymar yenidən İspaniyaya qayıda bilər.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, braziliyalı superulduzun Real-a transferi gündəmə gəlib.

"Sambaçı"nın meneceri artıq "kral klubu" ilə danışığa da başlayıb. PSG-də xoşbəxt olmadığını bildirən 27 yaşlı vinger özü komandasını dəyişməkdə maraqlıdır. Onun komanda yoldaşı Kilian Mbappedən əli üzülən Real rəhbərliyi də məhz Neymarın keçidi üçün çalışmalara başlayıb.

Qeyd edək ki, Neymar bu mövsüm 28 oyunda 23 qola imza atıb.