Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik


Dünya 21 May 2019 17:19:00 212 0

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik

Yeni Zelandiyanın Kraystçörç (ingilicə Christchurch) şəhərində məscidlərə silahlı hücum edərək, 51 nəfəri öldürməkdə ittiham olunan Brenton Tarranta "terror aktı həyata keçirmə" maddəsilə cinayət işi açılıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Baş Polis İdarəsi informasiya yayıb.

Buna qədər o, martın 15-də şəhərin iki məscidində törədilən hücumlarla əlaqədar adam öldürmə və adam öldürməyə cəhd maddələri üzrə ittiham olunurdu.

Habelə ekspertlərin bildirdiyinə görə, ittihamın "terror aktı törətmə"yə dəyişdirilməsi vəziyyəti bir qədər mürəkkəbləşdirəcək. Belə ki, proses əvvəlkindən dəfələrlə uzun çəkəcək və istər-istəməz məhkəmə zalında ekstremistin öz baxışlarını bölüşməsinə daha geniş şərait yaradılacaq.