BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil


Digərləri 21 May 2019 16:59:00 163 0

BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil

Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bakı. Samir Əli - Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, araşdırmalar zamanı Kərim Abbasova müraciət edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanov olduğu müəyyən edilib. Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Müəyyən edilib ki, həmin şəxs polis orqanlarında çalışmayıb və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.