Türkiyənin daha bir peşəkar kardioloqu "Ege Hospital"da


Digərləri 21 May 2019 16:30:00 184 0

Türkiyənin daha bir peşəkar kardioloqu "Ege Hospital"da

Amerikanın “Klivlend” və İsveçrənin “Zürih” universitetində çalışmış Dos. Dr. Veysel Şahin artıq “Ege Hospital”da fəaliyyət göstərir

Bakı. “Ankara Universiteti” tibb fakültəsində təhsil almış, İstanbul “Siyami Ersek” ürək-damar xəstəxanasının uzman kardiocərrahı, Amerikanın “Klivlend” və İsveçrənin “Zürih” universitetində çalışmış Dos. Dr. Veysel Şahin artıq “Ege Hospital”da fəaliyyət göstərir! Hospitaldan Trend-ə verilən məlumata görə, kardiocərrah Veysel Şahin minimal-invaziv ürək cərrahiyyəsi, aorto-koronar şuntlama, ürək-qapaq xəstəliklərinin təmiri və dəyişdiriliməsi, karotis əməliyyatı, aorta cərrahiyyəsi, periferik damar xəstəliklərinin müalicəsi, flebektomiya və digər ürək-damar xəstəliklərinin profilaktika, müalicə və cərrahiyyəsini “Ege Hospital”da həyata keçirir. Bildirək ki, kardiocərrah ölkə hüdudlarından kənarda da bir çox uğurlu əməliyyatları ilə tanınıb. Qeyd edək ki, “Ege Hospital”da yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif növ əməliyyatlar ən son tibbi texniki avadanlıqlarla yüksək peşəkarlıqla həyata keçirilir. Dos. Dr. Veysel Şahinin də komandaya daxil olması ilə “Ege Hospital” kardiologiya sahəsində daha böyük nailiyyətlərə imza atacaqdır.