6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib


Digərləri 21 May 2019 16:43:00 189 0

6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib

Milli Preventiv Qrup tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib

Bakı. Milli Preventiv Qrup tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, tibbi xidmətin təşkili araşdırılır. Bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilmişdir. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada dinlənilmiş və müraciətlər yerində araşdırılmışdır. B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirmişdir.