Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanılıb


Digərləri 21 May 2019 16:48:00 198 0

Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanılıb

Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.

Bakı. Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.