BŞİH-dən “Tarqovı”nın bağlanmasına MÜNASİBƏT


Digərləri 21 May 2019 16:36:00 169 0

BŞİH-dən “Tarqovı”nın bağlanmasına MÜNASİBƏT

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

Bakı. Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib. Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Trend-ə bildirib ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyildir və hər hansı məhdudiyyət tətbiq edilməyib: "Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".