Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI:
Dünya 21 May 2019 16:29:00 230 0
Husilər müqəddəs Məkkə və Ciddə şəhərini ballistik raketlə hədəf alıblar.
Son.az publika.az-a istinadən xəbər verir ki, bu iddia Səudiyyə Ərəbistanının "Əl-Ərəbiə" telekanalında səsləndirilib.
Xəbərdə Husilərin Yəməndən Səudiyyə Ərəbistanının Məkkə və Ciddə şəhərlərini ballistik raketlərlə hədəf alması, raketlərdən birinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Ciddə şəhərinin hava məkanında zərərsizləşdirilməsi, digərinin isə Taif şəhərində məhv edilməsinə dair video yayımlanıb.
Lakin Husilərin mətbuat katibi Yəhya Seri bu iddianı təkzib edib. Mətbuat katibi sosial media vasitəsilə yayımladığı açıqlamada bildirib ki, Səudiyyə hökuməti ilk dəfə belə iddia ilə çıxış etmir. O, xəbəri Məkkənin müsəlmanların qəlbindəki dini mövqeyini istismar edərək Yəmən xalqına qarşı işlənən cinayətlərin üstünü örtməyi hədəfləyən iddialar kimi dəyərləndirib.
Qeyd edək ki, İranın dəstəyi ilə Yəməndə fəaliyyət göstərən Husilər ötən gün Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini və bu ölkələrin Yəməndəki qərargahlarını əhəmiyyətli bazalarından ibarət 299 nöqtəyə hücum edəcəkləri ilə təhdid etmişdi.