Qubada iki uşaq anası intihar etdi


Digərləri 21 May 2019 16:14:00 218 0

Qubada iki uşaq anası intihar etdi

Bu gün səhər saatlarında Quba rayonunda intihar hadisəsi baş verib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü Samur-Abşeron su kanalına atıb.

İlkin məlumata görə, qadının bu addımı atmasına son dərəcə imkansız yaşaması səbəb olub. Onun həyat yoldaşının ürək xəstəsi olduğu və bu səbəbdən heç bir yerdə işləmədiyi bildirilir.

İntihar edən qadının iki uşağı qalıb.