Dəniz səviyyəsi sürətlə qalxır


Dünya 21 May 2019 16:04:00 291 0

Dəniz səviyyəsi sürətlə qalxır

Alimlər Qrenlandiya və Antarktidada buzların sürətlə əriməsi nəticəsində qlobal dəniz səviyyələrinin gözlənildiyindən daha çox qalxacağını ehtimal edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, buna qədər alimlər planetin dənizlərində su səviyyəsinin 2100-cü ilə qədər maksimum bir metr artacağını proqnozlaşdırırdı.

Ancaq yeni elmi tədqiqat nəticəsində məlum olub ki, həmin müddətə qədər bu göstərici iki dəfə çox ola bilər.

Alimlərin hesablamalarına görə, bu, yüz milyonlarla insanı yaşadığı yerlərdən köçmək məcburiyyətində qoyacaq.