Rusiya təyyarəsi Tehranda qəza enişi edib


Digərləri 21 May 2019 15:24:02 258 0

Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Rusiya təyyarəsi İranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.

Bakı. Elnur Bağışov - Rusiya təyyarəsi Tehranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb. Trend-in məlumatına görə, bunu İranın Mülki Aviyasiya Təşkilatının ictimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib. R.Cəfərzadənin sözlərinə görə, Rusiyanın BAE125 xüsusi reaktiv təyyarəsi Mehrabad hava limanında enişdən sonra zolaqdan çıxıb. Təyyarədə 6 ekipaj və sərnişin olub. Hadisədə xəsarət alan olmayıb.