Yerevanda gərginlik artır


Dünya 21 May 2019 14:45:00 234 0

Yerevanda gərginlik artır

Ermənistanın Daşnaksütyun Partiyası mayın 23-də mitinq planlaşdırır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

"Təcili! Daşnaksütyun Partiyası mayın 23-ü saat 17:00-da Azadlıq meydanında mitinq təşkil edir", - partiya rəsmisi yazıb.

O, həmçinin bildirib ki, Daşnaksütyun Partiyası yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək.