Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb (FOTO)


Digərləri 21 May 2019 14:46:00 233 0

Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb (FOTO)

Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.

Bakı. Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.