PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb (FOTO)


Digərləri 21 May 2019 13:45:00 301 0

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb (FOTO)

PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.

Bakı. PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb. Trend-in məlumatına görə, tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış ediblər. 2018-ci ildə PAŞA Bank Azərbaycan maliyyə sektorunda böyüməyə davam edib. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin edib. PAŞA Bank, 548,009 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2017: 499,149 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 5,209,364 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb (2017: 3,958,415 min manat). 31 dekabr 2018-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir: Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 29% Müştərilərə verilmiş kreditlər - 33% Kredit Təşkilatlarına verilmiş kreditlər - 6% Qiymətli kağızlar portfeli - 28% Digər cari və uzunmüddətli aktivlər - 4% PAŞA Bank 2018-ci ildə umumi kredit portfelini 26% artıraraq 1,780,782 min manata (2017: 1,413,992 min manat) çatdıtıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil edib. 2018-ci ildə qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2017-ci illə müqayisədə 7.2%-dən 5.9%-ə düşüb. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bank müştəri depoziti bazasını 2018-ci ildə 3,953,952 min manata çatdırıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur (2017: 2,889,961 min manat). Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 75% və 25 % nisbətində cəmlənib (2017: 64% and 36%). Bank 2018-ci maliyyə ili üçün 74,053 min manat xalis mənfəət (2017: 89,092 min manat) elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214,162 min manat olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur (2017: 194,340 min manat). Bankın faiz gəlirləri 229,566 min manat, qeyri-faiz gəlirləri 39,268 min manat təşkil edib. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olub.