Xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək


Digərləri 21 May 2019 13:34:00 192 0

Xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24%-dən 19%-ə endirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, birinci rübün yekunları üzrə olan bu göstərici ilin əvvəlinə olan göstəricidən cüzi fərqlənir:

"Bu gün dövlət siyasətinin əsas tapşırıqlarından biri dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsidir. Bununla əlaqədar olaraq Azərbaycanda dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsi mexanizminin hazırlanması planlaşdırılır. Biz xarici valyutada dövlət borcunu azaltmağı və bunu milli valyutada borclanma ilə əvəz etməyi planlaşdırırıq".