Dövlət Gömrük Komitəsi bəzi media qurumlarına müraciət edib


Digərləri 21 May 2019 13:27:00 212 0

Dövlət Gömrük Komitəsi bəzi media qurumlarına müraciət edib

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi media qurumlarda yalnış şərh olunan məlumatlara münasibət bildirib.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi media qurumlarda yalnış şərh olunan məlumatlara münasibət bildirib. Trend-in məlumatına görə, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Belə ki, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən “Qırmızı Körpü” gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb. Dövlət Gömrük Komitəsi bildirir ki, Rəşad Babayev, ümumiyyətlə “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.