Bakıda restoranda müştərini bıçaqalayan ofisiant məhkəməyə çıxarılır


Kriminal 21 May 2019 13:19:00 199 0

Bakıda restoranda müştərini bıçaqalayan ofisiant məhkəməyə çıxarılır

Bakıda işlədiyi restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Elşən Seyidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Şadlıq sarayında ofisiant işləyən 22 yaşlı Elşən Coşqun oğlu Seyidzadə aralarında yaranan mübahisə zamanı müştəri 38 yaşlı Rəcəb Baba oğlu Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.