Deputat: "İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib"


Siyasət 21 May 2019 13:05:00 291 0

Deputat: "İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib"

Son illərdə Azərbaycanda keçirilmiş dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Deputat biznesin bütün seqmentlərində islahatların davam etməsinin vacibliyini qeyd edib:

"Fikrimcə, biznes, ictimaiyyət və dövlət arasında əlaqələndirici rolu oynayan struktur qismində İctimai şuranın yaradılması həm biznesdə şəffaflığın təmin olunması baxımından, həm də dayanıqlı biznes mühitinin formalaşması üçün doğru qərardır".

O qeyd edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai şuranın qarşısında dayanan məqsəd və tapşırıqların reallaşdırılması sahibkarlıq sahəsində müsbət nəticələr verəcək:

"Bu fakt uğurlu dövlət siyasətinin, eləcə də biznes sahəsində köklü islahatların göstəricilərindən biridir".