Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi VİDEO


Dünya 21 May 2019 12:47:00 270 0

Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi  VİDEO

Ukraynanın Səhiyyə naziri Ulyana Suprun Vladimir Zeleksninin inauqursiyasından sonra ölkəni tərk edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun "Borispol" hava limanındakı görüntüləri yayılıb.

Məlumata görə, Suprun Almaniyanın Frankfurt şəhərinə uçub.

Qeyd edək ki, Ukraynanın yeni Prezidenti bütün hökumətin istefasını tələb etdiyi halda U. Suprun vəzifəsindən getməyəcəyini açıqlamışdı.