Bakıda həbsdən çıxan kişi arvadını öldürüb


Kriminal 21 May 2019 12:15:00 222 0

Bakıda həbsdən çıxan kişi arvadını öldürüb

Bakıda həyat yoldaşını qətlə yetirməkdə əqsirli bilinən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 24-nə təyin olunub.

İttihama görə, hadisə bu il yanvarın əvvəlində paytaxtın Xəzər rayonu ərazisində baş verib.

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayaraq qətlə yetirib.

Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.

Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.