Dubayın 3 şeyxi eyni gündə evləndi


Dünya 21 May 2019 11:30:00 236 0

Dubayın 3 şeyxi eyni gündə evləndi

Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və Dubayın idarəçisi şeyx Məhəmməd ben Rəşid Al Maktumun 3 oğlu eyni gündə nikah kəsdirib.

Son.az axşam.az-a istinadən bildirir ki, onlar seçib-sevdikləri xanımlarla mayın 15-də münasibətlərini rəsmiləşdiriblər. Dövlət idarəsinin mətbuat katibi də məsələni təsdiqləyib. Onların üçünün də anası Hind bint Maktum bin Cumadır.

Dubai Media Office-in xəbərinə görə, Dubayın 36 yaşlı varisi Hamdan ben Məhəmməd Al Maktum şahzadə Şeyx ben Rəşidə Al Maktumla ailə qurub.

Dubay hökmdarının müavini olan 35 yaşlı şeyx Maktum bin Məhəmməd şahzadə Məryəm bent Buti Al Maktumi ilə nikah bağlayıb.

İnformasiya Fondunun sədri 32 yaşlı Məhəmməd ben Rəşid Al Maktum isə şahzadə Midiya bunt Dalmuc Al Maktumla ailə qurub.