Dünən hər kəs ona baxdı... FOTO


Digərləri 21 May 2019 11:03:00 219 0

Dünən hər kəs ona baxdı...  FOTO

“First-lady” təntənəli mərasim üçün ukraynalı dizaynerlərə məxsus geyim və aksessuarlardan istifadə edib

Ötən gündən etibarən Ukraynaya rəhbərlik edən Vladimir Zelenskinin xanımı Yelena Zelenskayanın inauqurasiya mərasimindəki zərif görünüşü hər kəsin diqqətini cəlb edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "First-lady" təntənəli mərasim üçün ukraynalı dizaynerlərə məxsus geyim və aksessuarlardan istifadə edib.

Məlumata görə, ağ rəngli libas və jaket dizayner Artem Klimçuka məxsusdur. Ümumilikdə, bu geyim 184 saat ərzində 7 ustanın əziyyəti sayəsində ortaya çıxıb.

Birinci xanımın sırğaları da "Guzema Fine Jewelry" zərgərlik brendi tərəfindən eskiz əsasında xüsusi olaraq onun üçün hazırlanıb.


Xəbərə aid fotolar