Bu dəfə də kökəlməsini istədilər


Şou-biznes 21 May 2019 10:22:00 468 0

Bu dəfə də kökəlməsini istədilər

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova son günlər İnstaqram-ın ən aktiv istifadəçilərindən olub.

Son.az axşam.az-a istinadən bildirir ki, hər gün bir neçə foto paylaşan müğənni görünüşü ilə də izləyicilərini təəccübləndirib. Bir vaxtlar köklükdən əziyyət çəkən İlqarə hədsiz arıqlayıb.

İzləyiciləri ona pəhrizi ilə bağlı yüzlərlə sual ünvanlayıblar. Bir çoxları isə İlqarəyə bundan artıq arıqlamamağı məsləhət görüblər. Hətta çoxları Kazımovanın anoreksiya olduğunu da qeyd ediblər. Bir vaxtlar artıqçəkili olduğu üçün tənqid edilən müğənninin yenidən kökəlməsini istəyənlər də olub.

İlqarənin ünvanına "Çox arıqlamısınız, bir az kökəlin. Daha bəsdir, pis görünürsünüz. Bizimlə də arıqlama sirrinizi bölüşün" kimi şərhlər yazıblar.


Xəbərə aid fotolar