Bakıda avtomobil yaşlı qadını vurdu


Digərləri 21 May 2019 09:54:00 168 0

Bakıda avtomobil yaşlı qadını vurdu

Bakıda 69 yaşlı qadın avtomobil tərəfindən vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ötən axşam saat 16 radələrində, Atatürk prospektində baş verib. Yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Xasməmmədova Ulduzə Molla qızı avtomobil tərəfindən vurulub.

Bel fəqərəsinin sınığı ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilən qadın hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır qiymətləndirilir.